PDF Oxu

Dünya

  • 10

İraqda iki sünni siyasətçisi qətlə yetirilib

İraqda iki sünni siyasətçisi qətlə yetirilib
"Assoşieyted Press" informasiya agentliyinin yaydığı məlumata görə, İraqda yanvarın 31-də keçiriləcəyi nəzərdə tutulan əyalət qanunvericilik assambleyasına seçkilər ərəfəsində sünni partiyalarının iki deputat nümayəndəsi qətlə yetirilmişdir. Ömər Faruk əl-Ani İraq Razılıq Cəbhəsindən deputat seçilmişdir. Həmin vaxt assambleyaya bir qrup silahlı şəxs hücum etmişdir.

Həmin gün İraqın şimalında yerləşən Mosul şəhərində əhalisinin əksəriyyəti kürdlərdən ibarət olan bölgədə İraq Milli Birlik koalisiyasından deputat seçilmiş Hazim Səlim Əhməd qətlə yetirilmişdir. Qətlə yetirilənlərin hər ikisi seçkilər ərəfəsində İraq demokratik idarəedici strukturların həyat qabiliyyətində olduqlarını sübut etmək üçün özlərinəməxsus testlər hazırlamışlar.

Digər xəbərlər