PDF Oxu

Dünya

  • 12

Latviya deputatları öz əməkhaqlarını azaltmışlar

Latviya deputatları öz əməkhaqlarını azaltmışlar
"İnterfaks" informasiya agentliyinin yaydığı məlumata görə, Latviya Seyminin idarə heyəti fraksiya şurası ilə məsləhətləşdikdən sonra deputatların əməkhaqlarını 15 faiz azaltmışlar.

Seym belə bir qərar qəbul etmişdir ki, deputatların parlamentin alt komissiyalarındakı işləri məhdudlaşdırılsın. Gələcəkdə deputatlar mükafat müqabilində, yalnız iki alt komissiyasında işləmək hüququ qazanacaqlar.

2008-ci ilin noyabrında Latviya deputatlarının əməkhaqları ölkədə baş vermiş ağır iqtisadi şəraitlə əlaqədar dondurulmuşdur. Bununla yanaşı, parlament büdcəsinin 3,3 milyon lat (6,6 milyon dollar) azaldılması haqda qərar qəbul edilmişdir.

Latviya əhalisi ölkə məmurlarının iqtisadi böhrandan çıxmaq haqqındakı qeyri-standart qərarlarından narahatlıq keçirirlər. Noyabrın 13-də Riqada keçirilmiş kütləvi mitinq genişlənərək, qanun pozuntusuna çevrilmişdir. Mitinq iştirakçıları hökumətin böhran əleyhinə proqramına etiraz edir və hakimiyyətin dəyişdirilməsini tələb edirdilər.

Digər xəbərlər