PDF Oxu

Dünya

  • 7

Şotlandiyada 189 nəfər bərədə qalıb

Şotlandiyada 189 nəfər bərədə qalıb
"Assoşieyted Press" informasiya agentliyinin yaydığı məlumata görə, Şotlandiyanın liman şəhəri Stranraerdə 156 sərnişin və 33 nəfər heyət üzvü limana yaxınlaşa bilməyən bərədə qalmışdır. Buna səbəb bərənin bortundakı yük avtomobilinin dənizə düşmək təhlükəsi olmuşdur. Limandan çıxan zaman bərə liman darvazasına ilişmişdir. Nəticədə avtomobil bərənin polad hissələrinə pərçim olmuş, onun qoşqsu isə bərədən asılı qalmışdır.

Xilasedici xidmət avtomobili bərədən kran vasitəsilə çıxarmaq istəyir. Bərədəki sərnişinlər və gəmi heyti bir sutkadan artıqdır ki, sahilə çıxa bilmir. Onlar üçün Belfast və Stranraerdə mehmanxana nömrələri hazırlanmışdır.

Digər xəbərlər