PDF Oxu

Dünya

  • 11

İsrail "HƏMAS" döyüşçülərinə "qeyri-proporsional cavab" verib

İsrail "HƏMAS" döyüşçülərinə "qeyri-proporsional cavab" verib
"Röyter" informasiya agentliyinin yaydığı məlumata görə, fevralın 1-də İsrailin hərbi-hava qüvvələrinə məxsus təyyarə Qəzza bölgəsinin mərkəzi hissəsində yerləşən "HƏMAS"-çıların mövqelərinə raket zərbəsi endirmişdir. "Frans Press"in məlumatına görə, "HƏMAS"-ın polis məntəqəsi atəşə məruz qalmışdır. "Röyter"in məlumatına görə, haqqında söhbət gedən polis məntəqəsi Muqrak kəndində olmuşdur. İsrail hökuməti əvvəlcədən yerli əhalini xəbərdar etdiyinə görə, xəsarət alan olmamışdır.

Raket zərbəsi endirilməmişdən bir qədər əvvəl, İsrailin baş naziri Ehud Olmert "HƏMAS" hərəkatı nümayəndələrinin obyektlərinə "qeyri-proporsional cavab" zərbəsi endiriləcəyini bildirmişdi. "Röyter"in məlumatına görə, fevralın 1-də İsrail ərazisi Qəzza bölgəsindən raket atəşinə tutulmuşdu. İsrail hökuməti 12 raketin atıldığını bildirir.

Digər xəbərlər