PDF Oxu

Dünya

  • 988

AFR-də kəskin bağırsaq infeksiyasına yoluxanların sayı artıb

AFR-də kəskin bağırsaq infeksiyasına yoluxanların sayı artıb
"Şpigel" qəzetinin yazdığına görə, Almaniyada həftənin əvvəlindən başlayaraq, kəskin bağırsaq infeksiyasına yoluxanların sayı artmaqda davam edir. İnfeksiya əsasən Almaniyanın şimal hissəsində yayılmaqdadır. Həkimlər bu xəstəliyi yüksək patogenli bağırsaq çöpü və ya "enterogemorragik eşerixey koli" (EGEK) adlandırırlar. Robert Kox adına İnstitutun mütəxəssisləri iyunun birində 365 yeni yoluxma hadisəsinin olduğu qeyd etmişlər. Yalnız Hamburqda bir gün ərzində xəstəliyə yoluxanların sayı 119 nəfər artaraq, 668 nəfərə çatmışdır. Cənubi Saksoniyada 2 gün ərzində xəstəliyə yoluxanların sayı 30 faiz artaraq 264-dən 344-ə çatmışdır. Cənubi Saksoniyada bir gün ərzində ağır formada xəstəxanalara müraciət edənlərin sayı 47-68 arasında artmışdır. Burada söhbət gemoliki-uremiçik sindromdan (GUS) gedir. İnstitut mütəxəssislərinin dediklərinə görə, GUS-a yoluxanların ümumi sayı mayın 31-də 100 nəfər artaraq 473 nəfərə çatmışdır. "Röyters"in məlumatına görə, iyunun birində kəskin bağırsaq infeksiyasına yoluxanların sayı 1500 nəfərə çatmışdır. Əvvəllər xəstəliyin səbəbinin İspaniyadan gətirilən xiyarlarla bağlı olduğunu bildirirdilər. Ciddi analizdən sonra məlum olmuşdur ki, xiyarlarda yoluxucu ştammlar yoxdur.

Digər xəbərlər