PDF Oxu

Dünya

  • 681

Pakistanda taliblərlə döyüş zamanı 28 nəfər həlak olub

Pakistanda taliblərlə döyüş zamanı 28 nəfər həlak olub
"Frans Press" informasiya agentliyinin yaydığı məlumata görə, "Taliban" silahlılarının Pakistanının şimali-qərbində yerləşən polis postuna hücumları nəticəsində 28 nəfər həlak olmuşdur. Öldürülənlərin 23 nəfəri polis əməkdaşlarıdır. 5 nəfər isə dinc sakinlərdir. Onların da 3 nəfəri qadınlardır. Taliblərin polislərə tuşladığı minomyot mərmilərindən bəziləri yaxınlıqdakı evlərdə olan adamlara dəymişdir. "İTAR-TASS"-ın məlumatına görə, iyunun birində yüzlərlə silahlı səhər tezdən Əfqanıstan-Pakistan sərhədində yerləşən Dir rayonu ərazisindəki Şaltalu yaşayış məntəqəsində qurulmuş nəzarət-keçid məntəqəsinə hücum etmişdir. Rəsmi məlumatlarda hücum edənlərin 200 nəfər olduğu bildirilmişdir. Atışma bir sutka davam etmişdir. Pakistanın hakimiyyət orqanları hücum edənlərin taliblər olduğunu bildirmişdir. May ayında Pakistanın şimali-qərb hissəsində törədilmiş terror aktı nəticəsində 70 nəfər həlak olmuşdur. Taliblər həmin partlayışı "Əl-Qaida"nın lideri Üsamə bin Ladenin "iztirablı ölümünə" qarşı "ilk intiqam aktı" kimi xarakterizə etmişlər.

Digər xəbərlər