PDF Oxu

Dünya

  • 893

“New York Times” qəzetinə qadın rəhbərlik edəcək

“New York Times” qəzetinə qadın rəhbərlik edəcək
ABŞ-da çıxan nüfuzlu "New York Times" qəzetinin baş redaktoru ilk dəfə qadın olacaq. Cil Abramson vəzifəsinin icrasına sentyabr ayında başlayacaq. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, bu vəzifədə Billi Kelleri əvəzləyəcək Cil Abramson 2003-cü ildən onun müavinlərindən biridir. Keller isə "New York Times Magazine" jurnalının ştatlı əməkdaşı işləmək niyyətindədir. "New York Times Co" holdinqinin direktorlar şurasının sədri oğul Artur Sultsberger bildirib ki, Kellerin istefaya getmək qərarını dolaşıq hissələrlə qarşılayıb, lakin Abramson onun əla əvəzi olacaq.

Digər xəbərlər