"İPN" informasiya agentliyinin yaydığı məlumata görə, Tbilisi şəhər məhkəməsi Rusiya-Gürcüstan müharibəsindən bəhs edən "5 avqust günü" filmi əleyhinə etiraz aksiyası keçirən bir neçə müxalifətçini cərimələmişdir. Etiraz aksiyası iynun 5-də filmin nümayiş etdirildiyi gün Rustaveli prospektində keçirilmişdir. Nümayiş iştirakçıları əllərində plakat tutmuşdular. Plakat üzərində bu sözlər yazılmışdır: "Avqust günləri Saakaşvili üçün bayram, Gürcüstan üçün faciədir". Bundan başqa aksiya iştirakçıları hakimiyyət dairələri əleyhinə sərt ifadələr işlətmişlər. Həbs edilənlər arasında Gürcüstanın keçmiş dövlət təhlükəsizliyi naziri İrakli Batiaşvilinin qızı və arvadı olmuşdur. Hazırda onlar "Xalq Məclisi" alyansının liderləri sırasındadırlar. Məhkəmə onların hər birini 400 lari məbləğində (240 dollar) cərimələmişdir. Mühafizəkarlar Partiyasının liderlərindən biri olan Laşa Çxatişvili xırda xuliqanlıq və polislə kobud rəftarına görə, 10 sutkalıq həbs cəzasına məhkum edilmişdir. İ.Batiaşvili də cərimələnmişdir. O, arvadı və qızının məhkəmə prosesində iştirak etmək istəmiş, məhkəmə yığıncağı başladığından, onu içəri buraxmamışlar. İ.Batiaşvili qapını yumruqlamağa başlamış və polisə müqavimət göstərmişdir. Nəticədə məhkəmə onu 500 lari məbləğində cərimələmişdir. İrakli Çxatişvili isə filmi "Mixail Saakaşvilinin piar aksiyası" adlandırmışdır.
"5 avqust günü" filmini Amerika rejissoru Renni Harlin çəkmişdir. Gürcüstan prezidenti rolunu aktyor Endi Qarsia ifa edir.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...