PDF Oxu

Dünya

  • 974

Holan yüksəkliyində 14 ərəb həlak olub

Holan yüksəkliyində 14 ərəb həlak olub

"Frans Press" informasiya agentliyinin yaydığı məlumata görə, İsrail və Suriya sərhədində yerləşən Holan yüksəkliyində 14 nəfər həlak olmuş, 220 nəfərdən çox adam isə yaralanmışdır. "Yerusəlim Post" qəzetinin yazdığına görə, İsrail ordusu məlumatın doğruluğunu təsdiq edir.

Fələstin qaçqınlarından ibarət 10-larla dinc sakin Holan yüksəkliyinə doğru irəliləyərək, dinc yolla sərhədi keçməyə cəhd etmiş və aradakı tikanlı məftili dəf etmək fikrinə düşmüşdür. İsrail ordusu səsyüksəldicilər vasitəsilə ərəb dilində onların geri çəkilməsini tələb etmişdir. İyunun 5-ində Naks gününün uğursuzluğunu qeyd edən ərəblər çağırışlara qulaq asmamışlar. Naks günü 1967-ci ildə başlanan Altıgünlük müharibə mənasını verir. Həmin müharibədə ərəblər İsrailə məğlub olmuşlar. O vaxtdan etibarən, İsrail hökuməti Yerusəlimin şərq hissəsində və Holan yüksəkliklərində nəzarəti öz üzərlərinə götürmüşlər. Holan təpələri qapalı hərbi zona elan edilmişdir. İsrailin baş naziri Binyamin Netaniyaqu hadisə ilə əlaqədar çıxış edib, hər cür hücum cəhdinin qarşısının alınacağını bildirmişdir.

İyunun 5-də bir çox İsrail şəhərlərində qanun pozuntusu qeydə alınmışdır. 250 nəfərədək ərəb Yerusəlimdəki "Kalandiya" nəzarət-keçid məntəqəsi qarşısına toplaşaraq, İsrail sərhədçilərini daşa basmışlar. Nəticədə, bir əsgər, ordu radiosunun bir müxbiri və 4 ərəb qətlə yetirilmişdir.

Digər xəbərlər