"Qruziya Online" nəşrinin yazdığına görə, Gürcüstanın Msxeti rayonunda terror aktında şübhəli bilinən Badri Qoqiaşvili adlı şəxs həbs edilmişdir. Qəzetin yazdığına görə, həbs edilən şəxs NATO-nun Gürcüstandakı ofisində partlayış törətmək istəyirmiş. Mənbənin məlumatına görə, B.Qoqiaşvili Axalqoridə dislokasiya olunmuş "işğalçı ordu" rəhbərliyinin tapşırığını yerinə yetirirmiş (Tbilisi "işğalçı ordu" dedikdə Cənubi Osetiyada dislokasiya olunmuş Rusiya ordusunu nəzərdə tutur). Ona 2000 dollar verməyi vəd ediblərmiş. B.Qoqiaşvilinin üstündə partlayıcı qurğu aşkar edilmişdir. Qəzetin yazdığına görə, o, bombanı sifarişçilərindən alıbmış.
Ötən həftə Gürcüstanın Daxili İşlər Nazirliyinin verdiyi məlumata görə, iki Abxaziya sakininin Rusiya xüsusi xidmət orqanlarının dəstəyi ilə törətmək istədiyi terror aktının qarşısı alınmışdır. Rusiyada dərc edilən "Novaya qazeta" Gürcüstanda həbs edilmiş Tamila Beniyanın əlində partlayıcı qurğunun yox, yüksək səsli qurğunun olduğunu yazmışdır. Qəzet yazır ki, həmin qurğu ilə terror aktı törətmək qeyri-mümkündür. Daha əvvəllər isə Gürcüstan hökuməti Rusiya mayoru Yevgeni Borisovu 2011-ci ilin martında Kutaisidə terror aktı törətmək cəhdində ittiham edərək, onun İnterpol vasitəsilə axtarışına nail olmuşdur.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...
Rusiyanın əsas müharibə məqsədlərinin uğursuzluğu barədə hərbi ekspert danışıb...