PDF Oxu

Dünya

  • 909

Suriyanın Şimali - Qərbində öldürülən polislərin sayı 120 nəfərə çatıb“Röyters” informasiya agentliyinin yaydığı məlumata görə, Suriyanın şimal-qərbində yerləşən Cisr əl-Şuhur şəhərində naməlum silahlıların hücumuna məruz qalmış polis əməkdaşları böyük it

Suriyanın Şimali - Qərbində öldürülən polislərin sayı 120 nəfərə çatıb“Röyters” informasiya agentliyinin yaydığı məlumata görə, Suriyanın şimal-qərbində yerləşən Cisr əl-Şuhur şəhərində naməlum silahlıların hücumuna məruz qalmış polis əməkdaşları böyük it

"Röyters" informasiya agentliyinin yaydığı məlumata görə, Suriyanın şimal-qərbində yerləşən Cisr əl-Şuhur şəhərində naməlum silahlıların hücumuna məruz qalmış polis əməkdaşları böyük itkilərlə üzləşmişlər. Ölənlərin ümumi sayı 120 nəfərə çatmışdır. Rəsmi məlumata görə, hüquq-mühafizə orqanı əməkdaşları hökumət əleyhinə üsyana hazırlaşan silahlı bandit dəstələrini məhv etməyə gedərkən mühasirəyə düşmüşlər. Əvvəllər Cisr əl-Şuhurda ölənlərin sayının 40 nəfər olduğu bildirilirdi. Silahlı naməlum şəxslər bazar ertəsi hökumət binalarını yandırmış, polis əməkdaşlarına və dinc sakinlərə atəş açmışdır. Onların əllərində yüngül avtomat silahlar, qumbaralar və partlayıcı qurğular olmuşdur. "BBC Nyus"un məlumatına görə, öldürülən polislərin miqdarının həqiqi olduğu sübut olunarsa, o zaman Suriya hökuməti böyük uğursuzluqla üzləşdiyini etiraf etməli olacaqdır.

"Əl-Cəzirə" telekanalı məlumatın yoxlanmasının qeyri-mümkün olmasını bəyan edir. Hüquq-müdafiə təşkilatları şənbə günündən etibarən Cisr əl-Şuhurda ölənlərin sayının 35 nəfər olduğunu bildirir və ölənlər arasında həm polis əməkdaşlarının, həm də dinc sakinlərin olduğunu təsdiq edir.

Suriyada üsyan 2011-ci ilin martında əhalinin həyat şəraitinin yaxşılaşdırılması ilə başlanmış və ölkədə siyasi sistemin demokratikləşdirilməsi tələbi ilə davam etdirilmişdir. Suriya hökuməti 1963-cü ildən etibarən tətbiq edilmiş fövqəladə rejimi ləğv etsə də, Suriyada xalq həyəcanı dalğası güclənməkdə davam etmişdir.

Digər xəbərlər