"Tagesşau" qəzetinin yazdığına görə, alman ekspertlərinin soya məhsullarında axtardıqları bağırsaq çöpü bakteriyaları laboratoriya analizlərindən sonra öz təsdiqini tapmamışdır. Analiz üçün soya məhsullarının 40-dək nümunəsindən istifadə edilmişdi. 23 halda nəticələrin mənfi olduğu müəyyən edilmişdir. Hazırda Almaniya alimləri qalan 17 nümunənin analizini davam etdirirlər. Hamburq gigiyena institutunun mütəxəssisləri ötən həftə soya məhsullarında enterogemorragik eşerexiya kolisi üzərində tədqiqatlar apardıqlarını bildirmiş və heç bir mənfi nəticə almadıqlarını etiraf etmişlər. Xatırladırıq ki, Aşağı Saksoniyadakı Binenbüttel fermasında yetişdirilmiş soya və paxlalı bitkilər şübhə doğurmuşdu. Bu ferma öz məhsullarını bütün Almaniya ərazisinə ixrac edir. Hazırda Almaniyada naməlum infeksiyadan 21 nəfər həlak olmuşdur. İnfeksiya insanların bağırsaqlarında kəskin ağrılar doğurur. Əvvəllər infeksiyadoğurucu məhsul kimi İspaniyadan gətirilmiş xiyarlar şübhə altına alınmışdı. Sonralar bu fakt özünü doğrultmamışdı. Almaniya hökuməti təhlükənin tərəvəz məhsullarından gəldiyini iddia etməkdə davam edir.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...