PDF Oxu

Dünya

  • 811

Abxaziyada prezident seçkilərinin vaxtı müəyyənləşib

Abxaziyada prezident seçkilərinin vaxtı müəyyənləşib

RİA "Novosti" informasiya agentliyinin yaydığı məlumata görə, Abxaziya parlamenti növbədənkənar prezident seçkilərinin avqustun 26-da keçiriləcəyini bəyan etmişdir. Növbədənkənar seçkilər Abxaziya prezidenti Sergey Baqapşın ölümü ilə əlaqədar keçiriləcəkdir. S.Baqapş ağ ciyərində əməliyyat aparılarkən mayın 29-da vəfat etmişdir. S.Baqapş vəfat etdikdən sonra onun xərçəngdən əziyyət çəkdiyi məlum olmuşdur.
S.Baqapş Abxaziyanı 2005-ci ildən idarə edir. 2009-cu ilin dekabr seçkilərində o, ikinci müddətə prezident seçilmişdir. Hazırda prezident səlahiyyətlərini Abxaziya vitse-prezidenti Adeksandr Ankvab icra edir.
Tanınmamış respublika kütləvi informasiya vasitələrində yayılan məlumata görə, S.Baqapşı ya Aleksandr Ankvab, ya da Abxaziyanın baş naziri Sergey Şamba əvəz edəcəkdir. Prezident seçkiləri zamanı öz namizədliyini müxalifət nümayəndəsi Raul Hacimba da irəli sürə bilər. Xatırladırıq ki, R.Hacimba 2004 və 2009-cü illərdə keçirilən prezident seçkilərində S.Baqapşa məğlub olmuşdur. R.Hacimba "Leneta.Ru."-ya verdiyi müsahibəsində namizədliyinin irəli sürməsi məsələsinə seçkilərin vaxtı müəyyənləşdirildikdən sonra baxacağını bildirmişdir.

Digər xəbərlər