PDF Oxu

Dünya

  • 739

İspaniya və Fransa Avropa Birliyindən fermerlərə yardım etməyi tələb edib

İspaniya və Fransa Avropa Birliyindən fermerlərə yardım etməyi tələb edib
Britaniyanın "Qardian" qəzetinin yazdığına görə, İspaniya və Fransa Avropa Komissiyasının (AK) onlar üçün ayırdığı 150 milyon avrodan imtina etmişdir. Həmin məbləğ bu ölkələrin "E.coli." epidemiyasından zərər çəkmiş fermerlərinə ünvanlanmışdır.
İspaniya və Fransa kənd təsərrüfatı nazirlikləri təklif olunan məbləğin kifayət qədər az olduğunu bildirmişlər. Fermerlərin özlərinin hesablamalarına görə, onların itkilərinin ümumi məbləği 400 milyon avrodan artıq olmuşdur. İspaniyaya Fransadan daha çox zərər dəymişdir.
Avropa Komissiyası iyunun 9-da ayrılacaq yardımın məbləğinə yenidən baxacağını bildirmişdir. Bir müddət əvvəl, AK İspaniya və Fransa fermerlərinə itkilərinin 30%-ni ödəmək istəyirdi. Xatırladırıq ki, Avropada yayılan bağırsaq epidemiyasının mənbəyini səhvən İspaniyadan gətirilən xiyarlarda olduğu bildirilirdi.
Almaniyanın şimalında "E.coli." bağırsaq çöpü epidemiyasından 23 nəfər həlak olmuş, 4,2 min nəfər isə bu xəstəliyə yoluxmuşdur. "Qardian"ın yazdığına görə, yoluxma infeksiyası get-gedə azalmaqdadır. İndiyədək yoluxma mənbəyi aşkar edilməmişdir. Hələlik, infeksiyanın başqa ölkələrə keçmədiyi bildirilir.

Digər xəbərlər