PDF Oxu

Dünya

  • 634

NATO Tripolinin bombardmanını bərpa edib

NATO Tripolinin bombardmanını bərpa edib

"Frans Press" informasiya agentliyinin yaydığı məlumata görə, NATO aviasiyası iyunun 8-də səhər Liviya lideri Müəmmər Qəddafinin Tripolinin mərkəzində yerləşən iqamətgahının bombardmanını davam etdirmişdir. "Assoşieyted Press"in məlumatına görə, NATO aviasiyası Tripolini ən azı 10 raket atəşinə məruz qoymuşdur. Nəticə haqda məlumat verilmir.
Bir müddət əvvəl, NATO ordusu şəhərə 60-dək aviasiya zərbəsi endirmiş və nəticədə 31 nəfər həlak olmuşdur. Hücumdan dərhal sonra dövlət televiziyası ilə çıxış edən M.Qəddafi Qərbin heç zaman Liviyaya qalib gələ bilməyəcəyini bildirmiş və öz tərəfdarlarını "Bab əl-Əziziyyə"yə gələrək, onu "canlı sipər"lə əhatəyə almağa çağırmışdır.
Tripoli martın 19-dan etibarən, Qərbin Liviyaya hərbi müdaxiləsindən sonra dəfələrlə bombardmana məruz qalmışdır. "Frans Press"in məlumatına görə, şəhərin tikililərinin böyük əksəriyyəti məhv edilmişdir. İyunun 7-də M.Qəddafi 69 yaşını qeyd etmişdir.

Digər xəbərlər