"Frans Press" informasiya agentliyinin yaydığı məlumata görə, Liviya hökuməti üsyançıların əlində olan Əl-Zəviyyə şəhərini ələ keçirmişdir. Əl-Zəviyyə Tripolinin Qərb hissəsində yerləşir. Hökumətin rəsmi nümayəndəsi Musa İbrahim iyunun 12-də belə bir bəyanat vermişdir ki, Müəmmər Qəddafini dəstəkləyən hərbçilər Əcdəbiyyə şəhərindən Tunis sərhədinədək olan ərazini öz nəzarəti altında saxlayır. Onun dediyinə görə, Əl-Zəviyyədə min nəfərdən az üsyançı olmuşdur. M.İbrahim üsyançılardan bir çoxunun öldürüldüyünü, bir hissəsinin əsir götürüldüyünü və hazırda sağ qalanların təslim olmaları üzrə danışıqlar aparıldığını bildirmişdir. Liviya hökuməti ölənlərin sayı haqda məlumat verməmişdir. "Röyters"in məlumatına görə, Əl-Zəviyyədə gedən döyüşlər zamanı 13 nəfər üsyançı və dinc sakin öldürülmüşdür. Onların arasında 1 azyaşlı uşaq olmuşdur. M.İbrahim M.Qəddafi ordusunun Misurat və Zintanda nəzarəti ələ keçirməyə nail olmadığını bildirmişdir.
Bir müddət əvvəl, "Frans Press" məlumat verirdi ki, hökumət qoşunları Zinat şəhərindən bir neçə kilometr aralıda üsyançılarla vuruşmuş və nəticədə, ən azı, 7 nəfər həlak olmuş, 49 nəfər yaralanmışdır. Qəddafi döyüşçüləri Əl-Zəviyyəyə martın əvvəllərindən hücum etməyə başlamışdılar.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...
Rusiyanın əsas müharibə məqsədlərinin uğursuzluğu barədə hərbi ekspert danışıb...