PDF Oxu

Dünya

  • 1 002

Türkiyənin iqtidar partiyası Konstitusiyanı müstəqil surətdə dəyişə bilməyəcək

Türkiyənin iqtidar partiyası Konstitusiyanı müstəqil surətdə dəyişə bilməyəcək

Türkiyənin parlament seçkilərində qalib gələn Ədalət və İnkişaf Partiyası (Ak Parti) müstəqil surətdə ölkə Konstitusiyasını dəyişmək üçün mümkün qədər səs toplaya bilməmişdir. "Əl-Cəzirə" telekanalının məlumatına görə, bülletenlərin 98,9 faizi yoxlanıldıqdan sonra, iqtidar partiyasının 50,1 faiz səs qazandığı məlum olmuşdur. Bu da parlamentdə olan 550 yerdən 326-sının qazanılması deməkdir. İqtidar partiyası bu nəticə ilə özünün təkpartiyalı hökumətini formalaşdıra bilər. Partiyaya başçılıq edən Rəcəb Tayyib Ərdoğanın üçüncü dəfə ölkənin baş naziri seçilmək imkanı vardır. Ancaq ölkə Konstitusiyasında dəyişiklik etmək üçün iqtidar partiyası parlamentdə 330 səs qazanmalı idi. Ədalət və İnkişaf Partiyası bu məqsədinə çatmaq üçün referendum keçirməlidir.

Respublika Xalq Partiyası 25,8 faiz səs toplamağa nail olmuşdur. Bu da 135 mandat deməkdir. 3-cü yeri Milli Hərəkat Partiyası tutmuşdur. Onlar 13 faiz səs toplayaraq, 54 mandat qazanmışlar. Qalan 35 mandat isə öz namizədliklərini müstəqil surətdə irəli sürən deputatlara çatacaqdır. Sülh və Demokratiya kürd partiyası 5,8 faiz səs qazanaraq, Türkiyə seçki qanunvericiliyi tərəfindən müəyyənləşdirilmiş 10 faizli baryeri aşa bilmədi.

Xatırladırıq ki, Türkiyə Konstitusiyası 1982-ci ildə hərbçilər hakimiyyətdə olan zaman qəbul edilmişdi. Rəcəb Tayyib Ərdoğan ölkənin daha demokratik olması və hər bir vətəndaşın daha azad və müstəqil davranması üçün Konstitusiyanın dəyişdirilməsinin vacibliyini bəyan etmişdir.

Digər xəbərlər