PDF Oxu

Dünya

  • 847

Yunanıstanın baş naziri yeni kabinet formalaşdırır

Yunanıstanın baş naziri yeni kabinet formalaşdırır

"Frans Press" informasiya agentliyinin yaydığı məlumata görə, Yunanıstanın baş naziri Georgios Papandreu iyunun 15-də milli televiziya ilə çıxışında belə bir bəyanat vermişdir ki, cümə günü Yunanıstanın Nazirlər Kabinetində yeni hökumət formalaşdıracaqdır. Agentliyin qeydinə görə, yerdəyişmələrin nə qədər radikal olduğu dəqiqləşdirilməmişdir.

"Röyters"in məlumatına görə, G.Papandreu parlament müxalifətinin lideri Antonis Samarasu ilə danışıq aparmışdır. Baş nazir müxalifətçilərin dövlət xərclərinin ixtisar edilməsini dəstəkləyəcəkləri təqdirdə, öz postundan istefa verərək, koalisiya hökumətinin yaradılmasına cəhd edəcəkdir. Samarasın "Yeni Demokratiya" partiyasının yaydığı məlumata görə, iki şərtin yerinə yetirəcəyi təqdirdə, hökumətin formalaşdırılmasında iştirak edə bilər. Papandreunun istefası Avropa Birliyi və Milli Valyuta Fondunun Yunanıstana yardımı çərçivəsində gerçəkləşdiriləcəkdir. "Röyters"in qeydinə görə, parlament 5 illik büdcə təşkil edəcəkdir. "Röyters" xatırladır ki, Yunanıstan parlamenti gəlirlərin artırılması üçün 5 illik plan məsələsinə baxacaqdır. Burada dövlət əmlakının satılması və digər qeyri-populyar məsələlərdə nəzərdə tutulacaqdır. Bu şərtlər daxilində AB-dən və MVF-dən yeni kreditlər alınacaqdır. Yunanıstanda kütləvi etiraz dalğaları yüksəlməkdədir. Əhali dövlət xərclərinin azaldılması əleyhinə çıxır. Çərşənbə günü çoxminli kütlə parlament və hökumət binaları qarşısında nümayiş keçirilib. Meydana toplaşmış gənclər Maliyyə Nazirliyini içərisində yanar maddə olan butulkalara tutmuşdur. Həmkarlar ittifaqları kütləvi tətillərə başlamışdır. Onlar dövlət sektorunda ixtisarların olması əleyhinə çıxış edirdilər. İyunun 15-də parlament və hökumət binası qarşısında nümayiş keçirilmişdir.

Digər xəbərlər