PDF Oxu

Dünya

  • 1 074

“Əl-Qaida” Üsamə bin Ladenə əvəz tapıb

“Əl-Qaida” Üsamə bin Ladenə əvəz tapıb

"Assoşieyted Press" informasiya agentliyinin yaydığı məlumata görə, "Əl-Qaida" terrorçuluq şəbəkəsində Üsamə bin Ladenin varisi onun keçmiş müavini, misirli Ayman əl-Zəvahiri olmuşdur. Bin Laden mayın 2-də Pakistanın Abbatabad şəhərində ABŞ-ın xüsusi xidmət orqanlarının keçirdiyi əməliyyat nəticəsində məhv edilmişdir. Bu vaxta qədər "bir nömrəli terrorçu" gizlənməyə nail olmuşdu. Əl-Zəvahirinin təsir gücü və xarizması o dərəcədə olmasa da bir çoxları məhz onun "Əl-Qaida"nın liderliyinə layiq olduğunu bildirmişlər. Terrorçuların keçmiş tərəfdarı Noman Benotmanın dediyinə görə, bin Ladenini səlahiyyətlərini onun mühafizəçisi misirli Seyf əl-Adel icra edirdi.

Səudiyyə Ərəbistanında dərc edilən "Əl-Vətən" qəzetinin yazdığına görə, əl-Zəvahirinin bin Ladenini məhv edilməsində əli ola bilərdi. Nəşrin yazdığına görə, terrorçuların lideri ilə Misir şəbəkəsinin arasında narazılıq olmuşdur. Belə məlum olmuşdur ki, bin Ladenin öldürülməsində Seyf əl- Adel də iştirak etmişdir. Planın başlıca məqsədi "bir nömrəli terrorçu"nun yaşadığı evin ABŞ xüsusi xidmət orqanına göstərməsi olmuşdur.

Ayman əl-Zəvahiri əvvəllər "İslam cihadı" Misir qruplaşmasına başçılıq etmişdir. O, Federal Təhlükəsizlik Bürosu (FTB) tərəfindən axtarışda olmuşdur. Əl-Zəvahiri 1998-ci ildə Keniya və Tanzaniyada Amerika səfirliklərinin partladılmasını təşkil etmişdir. O vaxt 200 nəfərdən çox adam həlak olmuşdur. ABŞ-ın rəsmi dairələri Ayman əl-Zəvahirinin yerini deyən şəxslərə 25 milyon dollar vəd etmişdir.

Digər xəbərlər