Rusiya prezidenti Dmitri Medvedev iyunun 19-da "The Financial Times" qəzetinə müsahibə verərkən, bildirmişdir ki, 2012-ci ildə keçirilən prezident seçkilərində o, Rusiyanın baş naziri Vladimir Putinlə rəqabət aparmayacaqdır. Müxbirin D.Medvedevin V.Putinlə eyni vaxtda ölkə başçısı postuna namizədliklərini irəli sürüb-sürməyəcəkləri məsələsinə Rusiya prezidenti bu cavabı vermişdir: "Bu suala cavab vermək o qədər də asan deyil. Çünki biz V.Putinlə birgə eyni siyasi qüvvənin təmsilçiləriyik. Bizim öz aramızda rəqabət aparmağımız partiyanın məqsəd və vəzifələrinə ziyan gətirə bilər". "V.Putinin təklikdə prezident seçkilərinə gedəcəyinə necə münasibət bəsləyirsiniz" sualına D.Medvedev yayındırıcı cavab vermişdir: "İstənilən rəhbər prezident seçkilərinə getməmiş, ilk olaraq, öz namizədliyini irəli sürməlidir. V.Putinin seçkilərdə iştirak etməsi onun verəcəyi qərardan asılıdır".
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...
Rusiyanın əsas müharibə məqsədlərinin uğursuzluğu barədə hərbi ekspert danışıb...