"Röyters" informasiya agentliyinin yaydığı məlumata görə, ABŞ və bir sıra Avropa dövlətləri Əfqanıstanda fəaliyyət göstərən "Taliban" hərəkatının nümayəndələri ilə danışıqlara başlamışdır. Bu haqda Əfqanıstan prezidenti Həmid Kərzayi bəyanat vermişdir. Diplomatik mənbələr son bir neçə ay ərzində danışıqların davam etdiyini bildirmişlər. Ancaq prezident H.Kərzayinin rəsmi bəyanatı, Əfqanıstanda keçirilən 10 illik hərbi əməliyyatlar dövründə ilk dəfədir ki, səslənmişdir. Əfqanıstanda fəaliyyət göstərən ABŞ konsulluğu H.Kərzayinin bəyanatına şərh verməkdən imtina etmişdir. H.Kərzayinin bəyanatından bir müddət əvvəl BMT-nin Təhlükəsizlik Şurası "Taliban" və "Əl-Qaida" terrorçuluq şəbəkələrinə münasibətdə 2 müxtəlif əsasnamə layihəsi qəbul etmişdir. Bundan əvvəl isə, hər iki terrorçu qruplaşmaya eyni sanksiyalar irəli sürülürdü.
ABŞ-ın dövlət katibi Hillari Klinton demişdir ki, "Taliban" silahlıları "Əl-Qaida" ilə əlaqədən imtina edib silahı yerə qoysalar, onların Əfqanıstan cəmiyyətinə qayıtmaları haqda məsələ müzakirəyə çıxarıla bilər.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...