"Assoşieyted Press" informasiya agentliyinin yaydığı məlumata görə, NATO komandanlığı iyunun 19-da səhər tezdən Tripoli şəhərinə endirilmiş aviasiya zərbələri nəticəsində dinc sakinlərin həlak olmasını etiraf etmişdir. Liviyada NATO əməliyyatlarının keçirilməsinə komandanlıq edən general-leytenant Şarl Buşar bu məsələ ilə əlaqədar demişdir: "Aviasiya zərbələrindən biri texniki nasazlıq nəticəsində nəzərdə tutulan hədəfə dəyməmişdir və mümkündür ki, mülki əhali arasında çoxsaylı qurbanlar olsun".
Bununla əlaqədar, öz təəssüfünü ifadə edən Ş.Buşar NATO qüvvələrinin bombardmanları yalnız Müəmmər Qəddafi rejimi əleyhinə yönəltdiyini demişdir. Onun dediyinə görə, M.Qəddafini dəstəkləyən qüvvələr öz xalqına münasibətdə sərt addımlar atır.
İyunun 19-da Liviya hökuməti NATO-nun Hərbi-Hava Qüvvələrinin Tripolinin Şərq hissəsindəki yaşayış kvartallarına raket zərbələri endirdiyini və nəticədə 9 dinc sakinin həlak olduğunu və 18 nəfərin isə yaralandığını bəyan etmişdir. Liviyanın xarici işlər naziri Abdul Ati əl-Übeydi NATO-nu ittiham etmiş və onun məqsədli şəkildə dinc əhalinin qətlinə fərman verdiyini bildirmişdir. Onun dediyinə görə, həmin gün paytaxtın bir sıra mülki obyektləri də NATO aviasiyasının bombardmanına məruz qalmışdır. Liviyanın Səhiyyə Nazirliyinin məlumatına görə, martın 19-da bombardmanın başlanmasından etibarən, aviasiya zərbələri zamanı 856 nəfər həlak olmuşdur.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...
Rusiyanın əsas müharibə məqsədlərinin uğursuzluğu barədə hərbi ekspert danışıb...