"Frans Press" informasiya agentliyinin yaydığı məlumata görə, iyunun 21-də İraqın əl-Divaniyə şəhərində içərisində partlayıcı maddə bərkidilmiş iki avtomobil partladılmışdır. "Röyters" məlumat verir ki, partlayış Kadisiyə əyalətinin qubernatorunun iqamətgahı qarşısında törədilmişdir. İraqın Müdafiə Nazirliyinə əsaslanan "Frans-Press" agentliyi terror aktı nəticəsində 25 nəfərin həlak olduğunu bildirir. "Röyters" agentliyi ölənlərin 20-21 nəfər olduğu haqda məlumat verir. Hər iki agentlik 30 nəfərdən artıq adamın yaralandığını qeyd edir.
Bir-iki gün əvvəl Bağdaddakı Fransa səfirliyinin kortejindəki avtomobillərdən biri partlayış nəticəsində yaralanmışdır. Nəticədə 7 yerli sakin bədən xəsarəti almışdır.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...