"Frans Press" informasiya agentliyinin yaydığı məlumata görə, Tunis məhkəməsi ölkənin keçmiş prezidenti Zin əl-Abidin Ben Əli və arvadı Leyla Trabelsiyə qiyabi həbs hökmü çıxarmışdır. Onların hər ikisi dövlət əmlakını oğurlamaqda şübhəli bilinərək, 35 il müddətinə azadlıqdan məhrum ediliblər. Məhkəmə Ben Əliyə 50 milyon Tunis dinarı (25 milyon avro), arvadına isə 41 milyon dinar cərimə kəsmişdir.
Dövlət əmlakının oğurlanması haqda məsələyə məhkəmə bir gün ərzində baxmışdır. Müttəhimləri dövlətin təyin etdiyi vəkillər müdafiə etmişdir. Ben Əli əleyhinə daha bir cinayət işi qeyri-qanuni silah satışı və narkotik dövriyəsi ilə əlaqədardır. Bu yöndə məhkəmə dinləmələri iyunun 30-na keçirilmişdir.
Tunisin keçmiş prezidenti dövlət çevrilişindən dərhal sonra arvadı və uşaqları ilə birlikdə 2011-ci ilin yanvarında Səudiyyə Ərəbistanına qaçmışdır. Deyilənə görə, onun iqamətgahında çoxlu silah, narkotik maddə və 27 milyon dollar məbləğində valyuta və qiymətli əşyalar tapılmışdır.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...