"Əl-Cəzirə" telekanalının məlumatına görə, Bəhreyn dövlət çevrilişi hazırlamaqda ittiham olunan 8 müxalifət fəalına ömürlük həbs cəzası verilmişdir. "Frans Press"in dəqiqləşdirmələrinə görə, daha 13 nəfər analoji maddə ilə 2 ildən 15 ilədək azadlıqdan məhrum edilmişdir.
Həbs edilənlərin əksəriyyəti Bəhreyndə çoxluq təşkil edən şiələrdir. Məhkəmə müəyyən etmişdir ki, onlar iqtidarda təmsil olunan sünni azlığına daxil olan əl-Xəlif ailəsinin hakimiyyətinin devrilməsi üçün sui-qəsd hazırlamaqla məşğul olurdular. Bundan başqa, müttəhimlər xarici ölkələrin terrorçu təşkilatları ilə də əlaqə saxlayırdılar. Hadisələrin gedişini izləyən müxalifət tərəfdarları məhkəmənin qərarından sonra öz etirazlarını bildirmək üçün küçələrə çıxmışlar. Onların sayı az olduğundan, polis onları asanlıqla dağıtmışdır. Bəhreyndə kütləvi xalq üsyanı fevralın 14-də başlamışdır. Bəhreyn iqtidarı Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərindən hərbi yardım almışdır. 16 mart üsyanı qəddarlıqla yatırılmış və nəticədə yüzlərlə adam öldürülmüşdür.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...
Rusiyanın əsas müharibə məqsədlərinin uğursuzluğu barədə hərbi ekspert danışıb...