PDF Oxu

Dünya

  • 863

Dağıstanda keçirilmiş xüsusi əməliyyat zamanı 5 güc strukturu əməkdaşı öldürülüb

Dağıstanda keçirilmiş xüsusi əməliyyat zamanı 5 güc strukturu əməkdaşı öldürülüb

"İnterfaks" informasiya agentliyinin Dağıstan Respublikasının mətbuat xidmətinə əsaslanaraq, yaydığı məlumata görə, Kizlyar bölgəsində aparılmış hərbi əməliyyat nəticəsində güc strukturlarının 5 əməkdaşı öldürülmüşdür. Xüsusi əməliyyat iyunun 21-də Kuznetsovka kəndi yaxınlığında meşə massivində keçirilmişdir. Hüquq-mühafizə orqanı əməkdaşları bir silahlı dəstəni mühasirəyə almağa nail olmuşdur. İyunun 22-nə keçən gecə silahlıların bir neçəsi mühasirəni yarıb qaçmağa cəhd etmişdir. 3 əməliyyat döyüşçüsü həlak olmuş, 13 nəfər isə yaralanmışdır. 3 hərbi qulluqçu, 3 FTB əməkdaşı və Babayurd rayonu daxili işlər şöbəsinin 3 əməkdaşı qospitala yerləşdirilmişdir.

Hüquq-mühafizə orqanı nümayəndələrinin dediklərinə görə, silahlılar yaxşı təlim keçmiş təsiri bağışlayırdılar.

Digər xəbərlər