PDF Oxu

Dünya

  • 703

Obama Əfqanıstandan 30 min hərbi qulluqçunu çıxaracaq

Obama Əfqanıstandan 30 min hərbi qulluqçunu çıxaracaq

"Assoşieyted Press" informasiya agentliyinin yaydığı məlumata görə, ABŞ prezidenti Barak Obama Əfqanıstan ərazisindən 30 min hərbi qulluqçunun çıxarılmasını planlaşdırır. Mətbuatın yazdığına görə, ilk növbədə, cari ilin iyulunda beş minədək hərbi qulluqçu Əfqanıstan ərazisini tərk edəcəkdir.

Beş min əsgər isə ilin axırlarınadək regionu tərk edəcəkdir. Yerdə qalan 20 min hərbi qulluqçu 2012-ci il ərzində Əfqanıstan ərazisini tərk edəcəkdir.

B.Obamanın bu qərarı "Əl-Qaida" lideri Üsamə bin Ladenin aradan götürülməsi ilə əlaqədardır. Qəzetlər hərbi qulluqçuların çıxarılmasının başqa bir səbəbini ABŞ-da seçkilərin keçirilməsi ilə əlaqələndirirlər. Seçkilərdə Obamanın rəqibi kimi çıxış edəcək ABŞ Respublikaçılar Partiyasının nümayəndələri hərbi qulluqçuların təxirə salınmadan çıxarılmasını tələb edirlər. İyulun 1-dən ABŞ-ın müdafiə naziri vəzifəsinə təyin ediləcək Leon Panetta da ABŞ ordusunun Əfqanıstandan çıxarılmasının tərəfdarıdır.

Hazırda Əfqanıstan ərazisində yerləşən beynəlxalq kontingentin hərbi qulluqçularının ümumi sayı 100 min nəfərdən çoxdur. Onların əksəriyyətini ABŞ hərbçiləri təşkil edir. NATO-nun başlıca məqsədi odur ki, 2014-cü ilədək Əfqanıstanda vəziyyət tamamilə normal hala düşsün.

Digər xəbərlər