"La Republica" qəzetinin yazdığına görə, Perunun Uankavelika şəhərində tələbələrlə polis arasında baş vermiş toqquşma zamanı 3 nəfər həlak olmuş, 32 nəfər yaralanmışdır. Yerli "PPP" radiostansiyasının məlumatına görə, ölənlərin sayı 2 nəfər olmuşdur. Radiostansiya ölənlərin birinin Uankavelika Texnoloji İnstitutunun müdavimi olduğunu bildirir. İkincisi isə həmin institutun regional şöbəsində işləmişdir.
Qanun pozuntusunun səbəbi yerli hakimiyyət dairələrinin Uankavelika regionu tərkibinə daxil olan Tayyakaxa Muxtar Əyalət Universitetinin yaradılması haqda qərar verməsidir. Plana əsasən həmin universitet Uankavelika Milli Regional Universitetin şöbələrinin biri üzərində yaradılmalıdır. Tələbələr isə belə hesab edirlər ki, sonuncu cəhd onların ali məktəbləri ciddi maliyyə itkisi ilə üzləşəcəkdir.
Qarşıdurma iki gündür ki, davam edir. İyunun 21-də tələbələr regionun administrativ binasını yandırmışlar. Region rəhbəri Masiste Diasın dediyinə görə, dağıntıların arxasında onun siyasi əleyhdarları dayanır.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...