"Ukraynskaya pravda" qəzetinin yazdığına görə, Ukraynanın keçmiş baş naziri və "Batkivşşina" Partiyasının lideri Yuliya Timoşenko ölkənin baş prokurorluğundan Avropanın İnsan Hüquqları üzrə Məhkəməsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Y.Timoşenkonun vəkili Sergey Vlasenkonun dediyinə görə, şikayət Strasburq Məhkəməsinə iyunun 21-də verilmişdir. Y.Timoşenko öz şikayətində İnsan Hüquqları üzrə Konvensiyanın sərbəstlik hüququ və şəxsi toxunulmazlıq məsələlərini ön plana çəkmişdir. Y. Timoşenko Avropa Məhkəməsinə əsassız olaraq həbs edildiyini bildirmişdir.
Mayın 24-də Kiyevin Peçyorsk rayon məhkəməsinin qərarı ilə Y.Timoşenko həbs edilmiş və baş prokurorluqda 7 saata yaxın saxlanılmışdır. Y.Timoşenko həbs edilməsinin əsassız olduğunu bildirmiş və "alçaldıcı axtarışa" məruz qaldığını bildirmişdir. Y.Timoşenko onu kütləvi informasiya vasitələri və siyasətçilərin göstərdiyi reaksiyalardan sonra buraxdıqlarını bildirmişdir.
Ukraynanın keçmiş baş naziri əleyhinə dərhal bir neçə cinayət işi açılmışdır. Onlardan biri 2009-cu ildə Rusiya ilə qaz müqaviləsi imzalayarkən səlahiyyət həddinin aşması ilə bağlı maddədir.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...
Rusiyanın əsas müharibə məqsədlərinin uğursuzluğu barədə hərbi ekspert danışıb...