PDF Oxu

Dünya

  • 910

Obama taliblərin Əfqanıstanın siyasi həyatında iştirakını mümkün hesab edib

Obama taliblərin Əfqanıstanın siyasi həyatında iştirakını mümkün hesab edib

ABŞ prezidenti Barak Obama xalqa müraciət etdiyi çıxışında ölkə qoşunlarının Əfqanıstandan çıxarılmasının başlanmasını bəyan etmiş və bu ölkədə siyasi tənzimləmə prosesində əfqan xalqı ilə birgə "Taliban" hərəkatının da iştirakını istisna etməmişdir. B.Obama taliblərin ölkənin siyasi həyatında iştirakının müharibə başa çatdıqdan sonra mümkünlüyünü vurğulamış və bunun taliblərin "Əl-Qaida" terrorçu qruplaşması ilə əlaqələrini kəsmələrindən sonra mümkün olacağını bildirmişdir. ABŞ prezidenti hazırda bu yöndə məqsədyönlü iş aparıldığını qeyd etmişdir.

ABŞ prezidenti 2012-ci ilin yayınadək 33 min ABŞ hərbi qulluqçusunun Əfqanıstan ərazisindən çıxarılacağını bəyan etmişdir. Onunu dediyinə görə, onlardan 10 min nəfərinin cari ildə Əfqanıstanı tərk edəcəyini bildirmişdir. B.Obama ABŞ qoşunlarının Əfqanıstandan çıxarılmasının 2012-ci ilin mayından Çikaqoda keçiriləcək sammitdə başlıca müzakirə mövzusunun olduğunu qeyd etmişdir. ABŞ qoşunlarının Əfqanıstandan bütövlükdə çıxarılması 2014-cü ildə başa çatacaqdır.

Digər xəbərlər