"Frans Press" informasiya agentliyinin yaydığı məlumata görə, iyunun 28-də Yunanıstan polisi Afinada baş vermiş çoxminli etiraz aksiyasının qarşısını almaq üçün gözyaşardıcı qaz tətbiq etmişdir. Bir mitinq iştirakçısı qarşıdurma zəminində bədən xəsarəti almışdır. Digər bir qrup gənc isə etiraz aksiyası keçirilərkən özünü çox aqressiv aparmışdır. Onlar parlament binasına içərisində yanar maddələr olan butulkalar atmış və Afina küçələrindəki zibil qutularını yandırmışlar. Antiböhran kampaniyası əleyhinə aparılmış səsvermə iyunun 29-da keçirilmişdir. Bu layihənin qəbul olunacağı təqdirdə, Yunanıstan xərcləri azaltmaq və vergiləri artırmaq üçün Avropa Birliyinin dəstəyini qazanacaqdır.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...