"Röyters" informasiya agentliyinin yaydığı məlumata görə, iyunun 28-də Kuba və Venesuela hökuməti prezident Uqo Çavesin fotoşəkillərini və videogörüntülərini nümayiş etdirmişdir. İynun 10-da U.Çaves üzərində aparılmış tibbi əməliyyatdan sonra dövlət televiziyası onu öz ekranında göstərmişdir. İlkin məlumata görə, Venesuela prezidentinin fotoşəkilləri və videoyazısı Havana klinikalarından birində çəkilmişdir. Həmin klinikada U.Çaves üzərində tibbi əməliyyat keçirilmişdir. Venesuela informasiya nazirinin dediyinə görə, başlıca məqsəd xalqa U.Çavesin sağlamlıq durumunun yaxşılaşması haqda məlumat vermək olmuşdur. Bu əməliyyatın uğurla keçirildiyi istisna edilmir. Kütləvi informasiya vasitələri isə Venesuela prezidentinin vəziyyətinin ağır olduğunu bildirir.
İyunun 28-də yayılmış videoyazıda U.Çavesin keçmiş Kuba prezidenti Fidel Kastro ilə söhbət etdiyi nümayiş etdirilmişdir. Hər iki lider idman geyimində nümayiş etdirilmişdir. Onlar təmiz hava udur və əllərində tutduqları qəzetləri oxuyurdular. Bir neçə fotoşəkildə U.Çavesin yanında bir qız oturur. Ehtimal edilir ki, həmin qız U.Çavesin nəvəsidir. "Röyters"in məlumatına görə, U.Çaves nikbin təsir bağışlayır.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...
Rusiyanın əsas müharibə məqsədlərinin uğursuzluğu barədə hərbi ekspert danışıb...