PDF Oxu

Dünya

  • 828

Misir polisi nümayişi dağıdıb

Misir polisi nümayişi dağıdıb

"Əl-Cəzirə" telekanalının məlumatına görə, Misir polisi Qahirənin mərkəzi meydanına yığışmış nümayişçiləri dağıtmaq üçün gözyaşardıcı qazlardan istifadə etmişdir. İlkin məlumata görə, 8 nəfər bədən xəsarəti almışdır. İyunun 28-də Misirin Təhrir meydanına 3 min nəfərədək nümayişçi yığışmışdı.

Qanun pozuntusu Misirin Daxili İşlər Nazirliyinin binası yaxınlığında başlanmışdı. Buraya 2011-ci ilin fevral inqilabı zamanı həlak olmuş adamların ailələri yığışmışdı. Onlar nazirlik binasına daş atdıqları üçün polislər binanın girişini bağlamağa məcbur olmuşlar. "Frans Press"in məlumatına görə, bir qrup şəxs həlak olanların matəm mərasimi keçirilən teatr binasına soxulmaq istərkən qanun pozuntusu başlanmışdır. Bundan sonra etiraz edənlər dövlət televiziyası binasına doğru hərəkət etmişlər.

Polis iyunun 29-da səhər Təhrir meydanına yığışmış nümayişçilər əleyhinə gözyaşardıcı qaz tətbiq etmişdir. Şahidlərin dediklərinə görə, boşaldılmış meydan daşlar və sındırılmış şüşə qırıntıları ilə dolmuşdu. Bu vaxt ərzində hakimiyyətə xidmət edən qüvvələr 846 nəfər üsyançını məhv etmişdir. 2011-ci ilin 13 aprelində keçmiş Misir prezidenti Hüsnü Mübarək ev dustağı edilmişdi. Hazırda onu kütləvi nümayişləri dağıtmaqda və mitinqçilərə qarşı zorakılıq tətbiq etməkdə ittiham edirlər.

Digər xəbərlər