PDF Oxu

Dünya

  • 814

Məhkəmə Qvatemalanın birinci xanımını ərinin postunu tutmaq şansından məhrum edib

Məhkəmə Qvatemalanın birinci xanımını ərinin postunu tutmaq şansından məhrum edib

"Frans Press" informasiya agentliyinin yaydığı məlumata görə, iyunun 29-da Qvatemala Ali Məhkəməsi ölkənin birinci xanımı Sandra Torresin prezident seçkilərinə irəli sürdüyü namizədliyini ləğv etmişdir. 2011-ci ilin martında S.Torres prezident seçkilərində iştirak etmək məqsədilə iqtidarda olan əri prezident Alvaro Kolomdan ayrılmışdı. S.Torresin bu addımı ölkə konstitusiyasının prezidentin yaxın ətrafının ali dövlət postuna seçkilərində iştirakına qadağa qoyması ilə əlaqədar olmuşdur.

S.Torres bu qərarını vətənə məhəbbəti şəxsi maraqlarından yüksək tutması ilə əlaqələndirmişdir. O, qeyd etmişdir ki, ilk qadındır ki, Qvatemalanın maraqları naminə öz ərindən ayrılmışdır. Bir çoxları onun bu addımını "fars" adlandıraraq, rişxəndlə qarşılamışdılar. S.Torres məhkəmənin çıxardığı qərardan razı qalmadığını və yuxarı instansiyalara şikayət edəcəyini bildirmişdir.

Digər xəbərlər