"BBC Nyus" informasiya agentliyinin yaydığı məlumata görə, Yunanıstan parlamenti deputatları ölkəni defolt vəziyyətindən çıxarmaq üçün iqtisadiyyat üzrə antiböhran paketini bəyənmişdir.
Deputatlardan 155 nəfəri sənədin lehinə, 138 nəfəri isə əleyhinə səs vermişdir. Antiböhran paketinin iqtisadiyyata tətbiqi üçün növbəti 5 il ərzində 28 milyard avro lazım gələcəkdir. Onun 14,9 milyardı vergilərin artırılmasına yönəldiləcək, 14,32 milyardı isə büdcə xərclərinə sərf ediləcəkdir. Bundan sonra Avropa Birliyi ölkələri və Beynəlxalq Valyuta Fondu Yunanıstan iqtisadiyyatını dirçəltmək üçün kredit ayıracaqdır. 2010-cu ildə Avropa Birliyi Yunanıstana 110 milyard avro verməyə razılıq vermişdi. Ancaq kreditin son tranşı antiböhran tədbirləri qəbul edilməmişdən əvvəl dayandırılmışdır.
Səsvermədən əvvəl Yunanıstanın baş naziri Georgios Papandreu demişdir ki, bizim antiböhran paketini qəbul etməkdən başqa yolumuz yoxdur. Yerli Mərkəzi Bankın başçısı Georgios Provopoulos "əleyhinə" səsvermənin ölümə bərabər olduğunu bildirmişdir. Antiböhran planının qəbul edilməyəcəyi təqdirdə, yaxın bir neçə həftə ərzində Yunanıstanda pul qıtlığı yaranacaqdı.
Bu cür qanun layihəsinin qəbul edilməsi Yunanıstanda 48 saatlıq tətillə üst-üstə düşmüşdür. Əhali küçələrə çıxaraq büdcə kəsirinin ixtisarı əleyhinə çıxış edir. İyunun 28-də polis nümayişçilər əleyhinə gözyaşardıcı qazlardan istifadə etmişdir. İyunun 29-da isə polis parlament binası önünə yığışmış nümayişçilərə hücum etmişdir.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...
Rusiyanın əsas müharibə məqsədlərinin uğursuzluğu barədə hərbi ekspert danışıb...