PDF Oxu

Dünya

  • 1 029

ABŞ “Müsəlman qardaşlar”la dialoqa başlayır

ABŞ “Müsəlman qardaşlar”la dialoqa başlayır

"Röyters" informasiya agentliyinin yaydığı məlumata görə, ABŞ rəsmiləri Misirin dini mövqeli nüfuzlu siyasi təşkilatı olan "Müsəlman qardaşlar"la dialoqa başlamaq haqda qərar qəbul etmişdir. Vaşinqtonun yüksək vəzifəli məmurunun dediyinə görə, siyasi landşaftı tamamilə dəyişmiş Misirlə ABŞ rəhbərliyinin dialoqa girməməsi anlaşılmaz olardı. ABŞ rəsmiləri Misirdəki dəyişiklikləri nəzərə almağa üstünlük verirlər. "Misirin bütün partiyaları ilə əlaqəyə girmək bizim maraqlarımız dairəsindədir.

Çünki həmin partiyalar seçkiönü mərhələdə parlamentdə deputat və prezident postu uğrunda mübarizə aparacaqlar" deyə Vaşinqton məmuru bildirmişdir. Kütləvi informasiya vasitələrində "islamçı" və "ekstremist" damğası qoyulan partiyalarla dialoqa girmək ABŞ-ın maraq dairəsindədir.

"Müsəlman qardaşlar" təşkilatının rəsmi nümayəndəsi Məhəmməd Saad əl-Katani ABŞ rəsmilərinin bu addımını alqışlamışdır: "ABŞ rəsmiləri ilə münasibət yaratmaq bizim üçün vacibdir. Çünki bu zaman dünyanın digər ölkələri bizim mövqemizlə tanış ola bilərdilər. Ancaq bu cür dialoqlar zamanı qarşı tərəf bizim daxili işlərimizə qarışmamalıdır".

"Müsəlman qardaşlar" təşkilatının fəaliyyəti Misirdə uzun müddət qadağan edilmişdi. 2011-ci ilin fevralında Hüsnü Mübarək hakimiyyətdən salındıqdan sonra təşkilatın fəaliyyəti leqallaşdı. Aprel ayında təşkilat Azadlıq və Ədalət Partiyası adı altında siyasi mövqeyini nümayiş etdirdi. Bu partiya sentyabrda keçiriləcək seçkilərdə iştirak edəcəkdir. ABŞ-ın bu təşkilat rəhbərləri ilə dialoqa girməsi "Müsəlman qardaşlar"ın Vaşinqtonun rəsmi "qara siyahı"sına daxil olmaması ilə bağlıdır.

Digər xəbərlər