PDF Oxu

Dünya

  • 1 008

Minskdə 200 nəfərə yaxın mitinqçi həbs edilib

Minskdə 200 nəfərə yaxın mitinqçi həbs edilib

"İnterfaks" informasiya agentliyinin yaydığı məlumata görə, iyulun 3-də Minskdə keçirilən danışıqsız aksiyada 200 nəfərə yaxın nümayişçi həbs edilmişdir. Daha 80 nəfər Belarusun Moqilyov, Qomel və Qrodno şəhərlərində həbs edilmişdir. Bu məlumatlar iyulun 4-də "Vesna" hüquq-müdafiə mərkəzi tərəfindən yayımlanmışdır.

Həbs edilənlər haqda, hələlik, heç bir məlumat verilmir. Belarus hüquq-müdafiə orqanı əməkdaşları bazar günü keçirilmiş aksiya haqda şərh vermək istəmir. Hüquq-müdafiə mərkəzi əməkdaşları paytaxtın izolyasiya mərkəzinə 70 nəfər qanun pozuntusu iştirakçısının gətirildiyi haqda xəbər vermişdir. Paytaxtın Zavod, Oktyabr, Furunze və Moskva daxili işlər şöbələri yaxınlığına 140 nəfərədək nümayişçi gətirilmişdir. Onların hər biri haqda xırda xuliqanlıq maddəsi üzrə administrativ protokollar tərtib edilmişdir. Bazar günü keçirilən aksiya Belarusun Müstəqillik Gününə həsr edilmişdir. Bu aksiya "Sosial şəbəkə vasitəsilə inqilab" çərçivəsində keçirilən 5-ci nümayiş idi. Hakimiyyət dairələri prezident Aleksandr Lukaşenko nitq söyləyərkən, onu alqışlamağa qadağa qoymuşdular. Nümayişçilərdən hansı prezidentin nitqini alqışla qarşılayırdısa, onu dərhal həbs edirdilər. Axşama yaxın Minskin mərkəzi meydanında toplaşanlar əleyhinə gözyaşardıcı qaz tətbiq edilmişdi. Həbs edilənlər arasında jurnalistlər də olmuşdur.

Digər xəbərlər