PDF Oxu

Dünya

  • 1 038

İtaliya nümayişçiləri 188 nəfər polis əməkdaşını əzişdirib

İtaliya nümayişçiləri 188 nəfər polis əməkdaşını əzişdirib

"Frans Press" informasiya agentliyinin yaydığı məlumata görə, İtaliyanın şimalında yerləşən Suza vadisində polislə nümayişçilər arasında baş vermiş toqquşma nəticəsində 200 nəfərədək adam bədən xəsarəti almışdır. Nümayişçilər iti sürətli qatarların keçmələri üçün dəmiryolu xətti tikintisi əleyhinə çıxış edirdilər.

Qarşıdurma zamanı 188 nəfər polis əməkdaşı, 10 nəfər nümayiş iştirakçısı bədən xəsarəti almışdır. 5 nəfər həbs edilmişdir. Agentliyin məlumatına görə, qarşıdurma iyulun 3-də səhərdən axşamadək davam etmişdir. Polis nümayişçilər üzərinə gözyaşardıcı qaz tətbiq etmişdir. Nümayişçilər isə polisə daş və içərisində yanar maddələr olan şüşə qablar atmışlar. Bir qrup nümayişçi üzlərinə maska taxıb, tunel qazılan yerin girişini tutmağa cəhd etmişdir. Polis qanun pozuntusunun məsuliyyətini İtaliya və digər Avropa dövlətlərinin sol radikallarının üzərinə götürmüşdür. Mitinq təşkilatçılarının dediklərinə görə, minlərlə ölkə vətəndaşı vadidə toplaşıb dinc nümayiş keçirmək istəyirdilər. Mitinqçilərdən ayrılan bir qrup şəxsin tikinti gedən yerə hücum etməsi vəziyyəti dəyişmişdir. Suzada keçirilən kütləvi etiraz aksiyaları iyunun axırlarından davam etməkdədir. İyunun 27-də baş verən qarşıdurma zamanı 25 polis əməkdaşı və 4 nəfər nümayişçi bədən xəsarəti almışdır. Paris və Milanı birləşdirəcək itisürətlə qatarlar üçün dəmiryolu xətti çəkilməsi 2001-ci ildə İtaliya və Fransa arasında razılaşma əldə edildikdən sonra başlanmışdır. 5,8 kilometrlik tunel tikintisi 2013-cü ildə başlanacaqdır. Dəmir yolu 2023-cü ildə istismara veriləcəkdir.

Digər xəbərlər