PDF Oxu

Dünya

  • 2 205

Türkiyə Liviya üsyançılarına 200 milyon dollar ayıracaq

Türkiyə Liviya üsyançılarına 200 milyon dollar ayıracaq

"Frans Press" informasiya agentliyinin yaydığı məlumata görə, Türkiyə hökuməti Liviya üsyançılarına 200 milyon dollar ayıracaqdır. İyulun 3-də bu bəyanatla Benqazidə rəsmi səfərdə olan Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu çıxış etmişdir. Ə.Davudoğlu Türkiyənin Liviyanın Milli Keçid Şurasının legitimliyini qəbul etdiyini bildirmişdir. Türkiyənin baş naziri Liviyada davam edən silahlı konflikti aradan qaldırmaq üçün Ankaranın əlindən gələni əsirgəməyəcəyini bildirmişdir.

Xatırladırıq ki, 2011-ci ilin mayında Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Liviya lideri Müəmmər Qəddafini hakimiyyəti tərk edərək istefaya çıxmağa çağırmışdır. O, iyun ayında M.Qəddafinin istefa verib Liviyanı tərk edəcəyi təqdirdə, Türkiyənin ona istədiyi təminatı verməyə hazır olduğunu bildirmişdir.

Liviyada vətəndaş müharibəsi 2011-ci ilin fevralında başlanmışdır. Həmin vaxt ölkənin şərqində yerləşən Benqazi şəhərində M.Qəddafiyə müxalif olan rejim bərqərar olmuşdur. M.Qəddafinin dəstəkçilərinin obyektlərinin bombalanması BMT TŞ-nin qəbul etdiyi əsaslanma layihəsindən sonra martın 19-da başlanmışdır. Martın 31-dən sonra isə Liviyada hərbi əməliyyatların keçirilməsi NATO komandanlığına tapşırılmışdır. Türkiyə Liviya səmasında əməliyyat keçirməkdən imtina etsə də, Liviya müxalifətçilərinə silah aparmaq üçün alyansı 6 döyüş gəmisi ilə təmin etmişdir.

Digər xəbərlər