PDF Oxu

Dünya

  • 1 020

Uqo Çaves “həyat uğrunda mübarizədə” qalib gələcəyini vəd edib

Uqo Çaves “həyat uğrunda mübarizədə” qalib gələcəyini vəd edib

"BBC Nyus" informasiya agentliyinin yaydığı məlumata görə, Venesuela prezidenti Uqo Çaves müalicə kursu aldığı Kubadan qayıtdıqdan sonra xalq qarşısında çıxış etmişdir. O, eyvanına çıxıb onun görüşünə gələn venesuelalılar önündə nitq söyləmişdir. U.Çaves ölkə bayrağını yelləyərək, eyvan ətrafına yığışanları salamlamış və onlarla birlikdə Venesuelanın milli himnini oxumuşdur.

"Assoşieyted Press"in məlumata görə, U.Çaves 30 dəqiqə çəkən nitqində xəstəliklə mübarizəsinin davam etdiyini və "həyat uğrunda mübarizədə" qalib gələcəyini vəd etmişdir. O, iyulun 5-də keçirilmiş Venesuelanın müstəqilliyinin 200 illiyi ilə əlaqədar keçirilən ildönümündə iştirak etməyini təəssüf hissi ilə qarşıladığını bildirmişdir. Məlumata görə, prezidentin eyvanı ətrafına bir neçə min nəfər ölkə vətəndaşı toplaşmışdır. U.Çaves onların gəlişini "ən yaxşı dərman kimi" qəbul etdiyini bildirmişdir.

U.Çaves Venesuelaya iyulun 4-də qayıtmışdır. Bundan əvvəl bir ay ərzində o, Kubada olmuş və onun üzərində iki tibbi əməliyyat keçirilmişdir. Onlardan biri xərçəng şişinin kəsilməsi, ikincisi isə bədənin çanaq hissəsindəki abstsessin aradan qaldırılması olmuşdur.

Venesuela müxalifəti U.Çavesin xəstəliyinin həddən çox uzandığını bəyan edib, onun istefasını tələb etmişdir. U.Çavesin qayıdışından sonra müxalifətçilər ölkədə vəziyyətin normallaşdığını bəyan etmişlər.

Digər xəbərlər