PDF Oxu

Dünya

  • 1 123

İlk yüksək vəzifəli zabit Suriya müxalifəti tərəfinə keçib

İlk yüksək vəzifəli zabit Suriya müxalifəti tərəfinə keçib

"Əl-Cəzirə" telekanalı özünün videorolikində Suriya hərbi-hava qüvvələrinin polkovniki Riyad Musa Əsədin görüntülərini nümayiş etdirmişdir. Musa Əsəd videogörüntüdə müxalifət tərəfinə keçdiyini bəyan etmişdir. Onun dediyinə görə, ölkənin mülki şəxslərinə güc tətbiq etməkdən bezmişdir. Polkovnik ordu rəhbərliyinin əsgər və zabitlər əleyhinə repressiyalar həyata keçirdiyini bildirmişdir. Musa Əsəd "azad zabitlər" hərəkatı sıralarına keçdiyini bildirmiş və öz həmkarlarının hamısını ona qoşulmağa çağırmışdır. Polkovnik demişdir ki, o, bundan sonra "Suriya xalqının inqilabını" dəstəkləyəcəkdir.

Bir müddət əvvəl internetdə Suriya əsgər və zabitlərinin müxalifət tərəfinə keçdiyi haqda məlumatlar yayımlanmışdır. Musa Əsəd isə müxalifət tərəfinə keçən ilk yüksək rütbəli zabit olmuşdur. Suriyada xalq hərəkatı 2011-ci ilin martında başlanmışdır. Küçə və meydanlara axışan əhali ölkənin iqtisadi vəziyyətinin yaxşılaşması tələbi ilə çıxış etmişdir. Bundan sonra, Bəşər Əsəd rejimi dinc nümayişçilərə güc tətbiq etmişdir. Konflikt başlanandan indiyədək Suriyada min nəfərdən çox adam həlak olmuş, minlərlə insan isə ölkə hüdudlarını tərk etmək məcburiyyətində qalmışdır. Qaçqınların böyük əksəriyyəti Türkiyə və Livan ərazisində cəmləşmişdir.

Digər xəbərlər