İyulun 5-də "Kommersant" qəzetinin yazdığına görə, Liviya lideri Müəmmər Qəddafi öz şəxsi toxunulmazlığı müqabilində hakimiyyətdən getməyə razılıq vermişdir. "Kommersant" qəzetinə müsahibə vermiş Rusiyanın yüksək rütbəli məmuru bununla əlaqədar demişdir: "M.Qəddafi öz təhlükəsizliyi müqabilində hakimiyyətdən getməyə razılıq vermişdir. Bu təminatlar ona verilməlidir". Rus məmuru bu bəyanatı iyulun 4-də Soçidə keçirilən Rusiya-NATO Şurasının yığıncağında vermişdir.
M.Qəddafiyə sığınacaq verməyə razılıq verən ölkələr sırasında Fransanın adı birinci çəkilir. Fransa prezidenti Nikolya Sarkozi M.Qəddafinin ölkədəki bank hesablarının bir hissəsini onun ailəsinə qaytarmağa və Liviya liderini tribunaldan qorumağa söz vermişdir. Xatırladırıq ki, Beynəlxalq Haaqa Məhkəməsi bir müddət əvvəl M.Qəddafinin həbsinə order vermişdir. Fransa hərbi-hava qüvvələri martın 19-da Liviyada hərbi əməliyyatlara başladıqdan sonra M.Qəddafinin hərbi obyektlərini bombalayan ilk ölkə olmuşdur. Liviyadakı qarşıdurmanın dinc yolla nizamlanması məsələsi ilk dəfə 2011-ci ilin mayında Fransada keçirilən "Böyük səkkizliy"in sammitində müzakirə edilmişdir. Bundan dərhal sonra təşkilat ölkələri Rusiyaya müraciət edib, Tripoli və üsyankar Benqazi hökuməti arasında danışıq aparmağa yardımçı olmağı xahiş etmişdir. İyunun əvvəllərində Rusiyanın Afrika üzrə xüsusi nümayəndəsi Mixail Margelyov Liviyaya yola düşmüşdür. O, qarşıduran tərəflərin nümayəndələri ilə görüşmüş və M.Qəddafinin ailəsi ilə birlikdə ölkə hüdudlarını tərk etməsi haqda danışıq aparmışdır.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...