"İzvestiya" qəzeti redaksiyası Rusiyadakı Azərbaycan səfirliyinə rəsmi məktubla müraciət edərək, persona non-qrata elan edilmiş jurnalist Yuri Snegiryovun "qara siyahı"dan çıxarılmasını xahiş etmişdir. İyunun 1-də Azərbaycanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Elxan Poluxov "İzvestiya" qəzetinin müxbiri Y.Snegiryovun Azərbaycana girişinin qadağan edildiyini bəyan etmişdir. Qadağanın səbəbi Y.Snegiryovun Dağlıq Qarabağda reportaj hazırlaması olmuşdur. "Qarabağda müharibə gözləmirlər, ancaq ona hazırlaşırlar" adlı məqalədə Xankəndinin Stepanakert adlandırılması rəsmi Bakının xoşuna gəlməmişdir. Azərbaycan XİN məqalənin bütövlükdə "birtərəfli" tərzdə qələmə alındığını bildirmişdir.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...