PDF Oxu

Dünya

  • 1 006

Suriyanın Hama şəhərində 22 nəfər öldürülüb

Suriyanın Hama şəhərində 22 nəfər öldürülüb

"Frans Press" informasiya agentliyinin yaydığı məlumata görə, Suriyanın Hama şəhərində üsyançıların dəf edilməsi məqsədilə keçirilən hərbi əməliyyatda ən azı 22 nəfər həlak olmuşdur. Ordudan istifadə edilməsi əleyhinə çıxış edən 80 nəfər nümayişçi bədən xəsarəti almışdır. Yaralananlar Hama şəhərinin iki xəstəxanasına yerləşdirilmişdir. Mühasirədən çıxmağa nail olanlar qaçqın düşmüşlər, onların ümumi sayı məlum deyil.

Zirehli texnikanın dəstəyi ilə şəhəri mühasirəyə alan hərbçilər 2 gün əvvəl şəhərin bu və ya digər məntəqəsini ələ keçirməyə başlamışlar. Şəhərin mərkəzi hissələrində barrikadalar yaradılmışdır. Hamada 600 minədək əhali yaşayır. Bu şəhər bir neçə həftə ordunun nəzarəti altında olmadığından, şəhər əhalisi rejim üzərində qələbəsini bayram etməyə başlamışdı. Hakimiyyət dairələri Dəməşq və Hələb yolunun üzərində olan bu şəhərdə tezliklə hərbi əməliyyat keçirmək qərarı qəbul etmişlər.

1982-ci ildə Hama şəhərinin sakinləri prezident Hafiz Əsəd əleyhinə üsyan qaldırmışdır. Üsyan yatırıldıqdan sonra 20 min nəfərədək adam həlak olmuşdur. 2011-ci ilin mart üsyanından sonra Suriyada yüzlərlə adam həlak olmuş, minlərlə adam isə qaçqın düşmüşdür.

Digər xəbərlər