PDF Oxu

Dünya

  • 1 277

Baqapş ölümündən sonra Abxaziya qəhrəmanı olub

Baqapş ölümündən sonra Abxaziya qəhrəmanı olub

"RİA-Novosti" informasiya agentliyinin yaydığı məlumata görə, Abxaziyanın ikinci prezidenti Sergey Baqapş ölümündən sonra respublika qəhrəmanı elan edilmiş və "Şöhrət və ləyaqət" ordeninin birinci dərəcəsinə layiq görülmüşdür. S.Baqapşa bu mükafatın verilməsi haqqında sərəncamı iyulun 6-da dövlət başçısı səlahiyyətlərini icra edən Aleksandr Ankvab imzalamışdır.

"Şöhrət və ləyaqət" ordeninin birinci dərəcəsi ali dövlət mükafatı hesab edilir və respublika qarşısında xidmət göstərən şəxslərə təqdim edilir. Bu mükafat Abxaziya xalqının və dövlətinin taleyində mühüm dəyişiklik edən şəxslərə verilir. Orden həm böyük və uğurlu hərbi əməliyyatlar keçirən şəxslərə, həm də elm, mədəniyyət və incəsənət sahəsində mühüm xidmət göstərənlərə verilir.

S.Baqapş 2005-ci ildən Abxaziya prezidenti postuna seçilmişdir. Rusiya onun vaxtında Abxaziyanın müstəqilliyini tanımışdır. S.Baqapş 2011-ci il mayın 29-da Moskva xəstəxanalarından birində üzərində tibbi əməliyyat keçirilərkən vəfat etmişdir. Onun ağ ciyərinin sağ hissəsində keçirilən tibbi əməliyyat ölümcül fəsad vermişdir. S.Baqapşın ölümünün səbəbi ağ ciyər xərçəngi olmuşdur. Onu Oçamçir rayonunun Cqerda kəndində dəfn etmişlər.

Digər xəbərlər