PDF Oxu

Dünya

  • 8 450

İslandiyada “Cəhənnəm darvazaları” açılıb“Frans Press” informasiya agentliyinin yaydığı məlumata görə, İspaniyada orta əsrlərdə “Cəhənnəm darvazaları” adı altında tanınan Hekla vulkanında yüksək aktivlik qeydə alınmışdır. Ölçü cihazları vulkan dərinliklər

image

"Frans Press" informasiya agentliyinin yaydığı məlumata görə, İspaniyada orta əsrlərdə "Cəhənnəm darvazaları" adı altında tanınan Hekla vulkanında yüksək aktivlik qeydə alınmışdır. Ölçü cihazları vulkan dərinliklərində maqma qatının hərəkətini müşahidə edir.

İslandiyanın cənub hissəsində yerləşən Hekla vulkanı son 3 gün ərzində qeyri-adi dərəcədə fəallıq göstərməyə başlamışdır. İslandiya universiteti alimlərinin dediklərinə görə, vulkan oyanmaqda olsa da, yaxın günlərdə püskürəcəyi gözlənmir. 2000-ci ildə vulkanın fəallıq dərəcəsi yarım saat çəkmişdir. 1970-ci ildə isə bu fəallıq cəmi 25 dəqiqə davam etmişdir. Hekla son dəfə 11 il əvvəl oyanmışdır. Bu vulkan orta hesabla 10 ildə bir dəfə püskürür.

2011-ci ilin mayında İslandiyada Qrimsvotn vulkanı püskürməyə başlamışdır. Nəticədə, Böyük Britaniya, İslandiya aeroportları bağlanmış, bir çox Avropa ölkələrinə nəzərdə tutulan uçuşlar dayandırılmışdır. 2010-cu ilin mayında isə İslandiyanın Eyyafyatlayokudl vulkanının püskürməsi Avropanın hava məkanın tam qapanması ilə nəticələnmişdir. Aviakompaniyalara 2,7 milyard dollar dəyərində zərər dəymişdir.

Digər xəbərlər

Rusiya hava hücumundan müdafiə sistemlərini itirir…

Ukrayna hava hücumları və bu sistemlərin məhv edilməsi Rusiyanın müdafiə sistemini zəiflədir…

Media: Ukrayna Qərbin dəstəyi ilə Liviyadan Rusiyaya hücum edir...

Müttəfiqlər Ukrayna Silahlı Qüvvələrinin Afrikadakı hərəkətlərini bəyənirlər...

Ukraynalılar üçün inanılmaz dərəcədə gözəl məlumat..?

Deyirlər ki, ukraynalıların Liviyada artıq ən azı iki hərbi bazası var...

Paşinyan Rusiya ilə vidalaşır..?

İrəvan strateji kursu ilə bağlı qərarını verib...

“Son iki ayda vəziyyət dəyişib...”

Keçmiş MKİ direktoru Ukraynanın uğurlarından danışıb...