"Tagesşpigel" qəzetinin yazdığına görə, BMT Almaniya Federativ Respublikasının sosial siyasətini kəskin tənqid atəşinə tutmuşdur. Qəzet bu məlumatı BMT-nin məruzəsindən götürmüşdür. BMT-nin insan hüquqları və onların siyasi, sosial və iqtisadi azadlıqlarının təmin edilməsi haqda təşkilata üzv ölkələrin məruzəsində deyilir ki, Angela Merkel hökuməti mühacirlərin hüquqlarının pozulması və yoxsulluqla mübarizə üzrə dövlət proqramının olmaması sahəsində tam məsuliyyət daşıyır.
BMT-də belə hesab edirlər ki, mühacirlər təhsil almaq hüququna malikdirlər. Onlara siyasi sığınacaq vermiş AFR hökuməti mühacirlərin təhsil hüquqlarını təmin etməli və beynəlxalq hüquq normalarına müvafiq olaraq, onların sosial təminatlarına ciddi riayət etməlidir. Məruzədə deyilir ki, Almaniyada yaşayan mühacirlər, həm də ölkənin sosial sistemlərinə və tibbi təminata malik olmalıdırlar. Bu gün Almaniyada mühacirlərin əmək bazarına çıxması çətinləşdirilmişdir.
BMT-nin məruzəsində göstərilir ki, bu gün Almaniya əhalisinin az qala 13 faizi yoxsulluq həddində yaşayır. Onlar üçün ən cüzi həyat şəraiti belə yaradılmır. Alman uşaqlarının 4 nəfərindən biri məktəbə səhər yeməyi yemədən gedir. Bununla yanaşı, məruzədə Almaniyada bazar məşğulluğu sahəsində keçirilən uğurlu islahatlar alqışla qarşılanır. Orada deyilir ki, son 20 il ərzində Almaniyada işsizliyin səviyyəsi kəskin şəkildə aşağı enməyə başlamışdır. Almaniyanın Şərq və Qərb hissəsinin birləşməsindən 20 ilə yaxın bir müddətin keçməsinə baxmayaraq, tərəflər arasında iqtisadi parçalanma qalmaqdadır. Keçmiş Almaniya Demokratik Respublikasında işsizlərin sayı keçmiş federal torpaqlarına nisbətən iki dəfə artıqdır.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...