ABŞ-ın hakimiyyət dairələri Pakistana ayrılacağı nəzərdə tutulan hərbi yardımın miqdarını 100 milyonlarla dollar həcmində azaltmağı planlaşdırır. "Nyu-York Tayms" qəzetinin yazdığına görə, Vaşinqtonun bu qərarı İslamabad rəhbərliyinin Amerika hərbi təlimatçılarının sayını azaltması ilə əlaqələndirir.
Ağ Ev Pakistana 2 milyard dollar həcmində hərbi yardım ayırmaq qərarı qəbul etmişdi. Hazırda gedən söhbətdən məlum olur ki, İslamabad bu məbləğin üçdə birini də ala bilməyəcəkdir. İslamabad Vaşinqtonun ayıracağı məbləğə silah və hərbi texnika almağı planlaşdırmışdı. Onların tərkibinə vertolyotlar, hərbi əlaqə vasitələri və 100 min Pakistan hərbi qulluqçuları və sərhədçiləri üçün kazarmalar tikilməsi nəzərdə tutulurdu. 2011-ci il mayın əvvəllərindən başlayaraq, ABŞ-ın Pakistanın Abbatabad şəhərində keçirdiyi hərbi əməliyyatdan sonra "Əl-Qaida" lideri Üsamə bin Laden öldürülmüş və bundan sonra Vaşinqtonla İslamabad arasında münasibətlər gərginləşməyə başlamışdır. İyun ayında ABŞ hərbi qüvvələrinin birlik komitələrinin qərargah rəisi Maykl Mallen Pakistanda ABŞ-ın hərbi qulluqçularının sayının azaldılacağı barədə bəyanat vermişdi. O, ABŞ ordusunun "həmişəlik getməsini" ən pis variant hesab etdiyini bildirmişdir. İslamabad tərəfi isə Əfqanıstanla sərhəddə ABŞ-ın pilotsuz təyyarələrinin yerləşdikləri hərbi bazaları bağlayacağı barədə bəyanat vermişdi.
Bununla belə, Vaşinqton Pakistanı islam ekstremistlərinə qarşı mübarizədə başlıca müttəfiq hesab etməkdədir. Yaxın günlərdə Pentaqon başçısı Leon Panetta Vaşinqtonun "Pakistana xüsusi diqqət ayırdığını" bəyan etmişdir.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...
Rusiyanın əsas müharibə məqsədlərinin uğursuzluğu barədə hərbi ekspert danışıb...