PDF Oxu

Dünya

  • 1 132

Əfqanıstanda 7 sapyorun başını kəsiblər

Əfqanıstanda 7 sapyorun başını kəsiblər

"Frans Press" informasiya agentliyinin yaydığı məlumata görə, Əfqanıstanın qərbində yerləşən Fərəh əyalətində minaların təmizlənməsi əleyhinə DAFA beynəlxalq kompaniyasının 7 yerli sapyorunun başları kəsilmiş halda tapılmışdır.

Agentliyin qeydinə görə, ötən çərşənbə axşamı DAFA-nın 28 nümayəndəsi oğurlanmışdır. Silahlar kompaniyaya məxsus bir avtomobili yandırmış, üçünü isə sapyorlarla birlikdə naməlum istiqamətə aparmışlar. Yerli polis ehtiyat edir ki, girov götürülmüş digər şəxsləri də eyni aqibət gözləyə bilər. Oxşar hadisə ötən ilin dekabrında baş vermişdi. DAFA ilə əməkdaşlıq edən 18 Əfqanıstan vətəndaşı Qəndəhar yaxınlığında işləyərkən, silahlılar tərəfindən Xost əyalətinin şərq hissəsinə aparılmışlar. Bir gün sonra isə onların hamısı sağ-salamat buraxılmışdır. "Taliban" hərəkatı silahlıları dəfələrlə xarici ölkələrə işləyən şəxsləri girov götürüb məhv edəcəkləri haqqında bəyanat vermişdilər.

Digər xəbərlər