PDF Oxu

Dünya

  • 969

Qəddafinin oğlu Sarkozi ilə danışıqlar aparıldığını bildirib

Qəddafinin oğlu Sarkozi ilə danışıqlar aparıldığını bildirib

"Röyters" informasiya agentliyinin yaydığı məlumata görə, Liviya lideri Müəmmər Qəddafinin oğlu Saif əl-İslam atasının təmsilçisi olduğu administrasiyanın Fransa prezidenti Nikolya Sarkozi ilə danışıqlar apardığını bildirmişdir. "Biz üsyançılarla yox, Fransa ilə danışıq aparırıq" - deyə Saif əl-İslam vurğulamışdır. O, demişdir ki, Fransa prezidenti N.Sarkozi də rəhbəri olduğu ölkənin üsyançıların rəsmi orqanı olan Liviya Milli Şurası ilə əlaqəsinin olduğunu etiraf etmişdir. N.Sarkozi Fransaya danışıqlara gəlmiş Qəddafi administrasiyasının nümayəndələrinə demişdir ki, üsyançıların şurası bizim pul dəstəyimiz və silahımız olmadan mövcudluğunu davam etdirə bilməzdi. Rəsmi Paris əl-İslamın bu bəyanatı haqda heç bir şərh verməmişdir.

"Röyters"in qeydinə görə, Fransanın müdafiə naziri Jerar Lonqe Liviya üsyançılarının M.Qəddafi ilə danışıqlara başlanmasının vaxtı olduğunu bildirmişdir. Onun dediyinə görə, bu məqsədin gerçəkləşdirilməsi üçün M.Qəddafinin məğlubiyyətini gözləməyə ehtiyac yoxdur. Bununla yanaşı, Fransa və ABŞ-ın rəsmi mövqeyi M.Qəddafinin hakimiyyətdən imtina edərək getməsidir. İndiyədək gedən döyüşlərdə Fransa M.Qəddafi rejiminin əleyhdarlarına avtomat, pulemyot, qumbaraatan, tank əleyhinə raket kompleksləri və digər silahlar vermişdir.

Digər xəbərlər